Tutuquşuya görə ömürlük HƏBS OLUNDULARbackend

Tutuquşuya görə ömürlük HƏBS OLUNDULAR

Hindistanda məhkəmə bir tutuquşunun ifadəsinə əsaslanaraq qətldən 9 il sonra iki kişiyə ömürlük həbs cəzası verib.

KONKRET.az xəbər verir ki, bu barədə “India Today” məlumat yayıb.

Bildirilib ki, 2014-cü ildə Aqra şəhərində yerli qəzetin baş redaktoru Vijay Şarma oğlu və qızı ilə birlikdə qonşu rayona toya gedib. O, toydan qayıdandan sonra evin qarət edildiyini, arvadı və itinin öldürüldüyünü görüb.

Qeyd olunub ki, hadisədən sonra evdə yaşayan tutuquşu yeməkdən imtina edib və cinayət törədə biləcək şəxslərin adlarını sadalamağa başlayıb. Vijay Şarma qardaşı oğlu Aşunun adını çəkəndə quş qəfəsdə çırpınmağa başlayıb. Tutuquşunun oxşar reaksiyası polis tərəfindən də müşahidə edilib və tezliklə şübhəli şəxs həbs edilib.

Baş redaktorun qardaşı oğlu dostu ilə birlikdə qətli törətdiyini etiraf edib. Zərərçəkənin qızı qeyd edib ki, Aşu onların evinə tez-tez baş çəkib və evdə qızıl-zinət əşyaları və nağd pulun harada saxlandığını bilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*