Üç Aİ ölkəsi Ukraynanın kapitulyasiya planını TƏKLİF EDİR – Piontkovskibackend

Üç Aİ ölkəsi Ukraynanın kapitulyasiya planını TƏKLİF EDİR - Piontkovski

Rusiyalı politoloq Putinin xüsusi xidmət orqanlarının Avropadakı qlobal əməliyyatı ilə bağlı xəbərdarlıq edib. Eyni anda üç Aİ ölkəsi – Almaniya, İtaliya və Fransa Ukraynanın təslim olması planını təklif edir.

KONKRET.az xəbər verir ki, bu fikri Dmitri Qordona müsahibəsində rusiyalı politoloq Andrey Piontkovski deyib.

Piontkovski bu ölkələrin hərəkətlərini Rusiya xüsusi xidmət orqanlarının bütün dünyada “Rusiyanı alçaltmayın” şüarı altında həyata keçirdiyi inanılmaz qlobal əməliyyatla əlaqələndirir.

  • “Bu memi səsləndirmək şərəfi Rusiya Prezidenti Vladimir Putinin köhnə dostu, Fransa Prezidenti Emmanuel Makrona həvalə edilib. O, bunu mayın 9-da edib.  “Rusiyanı aşağılamayın”, “Rusiyanı küncə sıxışdırmayın”, “gəlin obyektiv olaq”, “qan tökülməsini dayandırmağa kömək edək” çağırışları artıq bir neçə həftədir səslənir”, – Piontkovski bildirib.

Onun sözlərinə görə, bu kampaniya Avropada böyük uğur qazanıb.

  • “Bu, İtaliya planı ilə nəticələndi. Əslində bu, İtaliya planı deyil, Makronun, Almaniya kansleri Olaf Şoltsun, İtaliyanın baş naziri Mario Draqinin planıdır. Sadəcə, Makron və Şolts əsas aparıcı şəxs kimi müəllifliyini bildirməkdən çəkinir. Bu, Ukraynanın kapitulyasiya planıdır”, – politoloq vurğulayıb.

Onun sözlərinə görə, əvvəllər belə “ssenarilər” Gürcüstanda həyata keçirilib. Piontkovski deyir ki, 2014-cü ildə belə bir planı həyata keçirmək cəhdi Ukraynaya təklif olunub.

  • “İndi onlar üçüncü dəfə təkrarlamaq və Ukraynanın daha bir böyük hissəsini Putinə vermək istəyirlər. Yəni Donbas və Krımdan əlavə, burada Xerson da var və siz Zaporojye bölgəsini görə bilərsiniz”, – o qeyd edib.

“Planın bəzi detalları – barışıq və danışıqlar Moskva üçün faydalıdır”, – deyə politoloq əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*