Azərbaycanda çoxuşaqlı ailələrə verilən sosial dəstəyin genişləndirilməsi ilə bağlı yeni təklif irəli sürülüb. Hazırda aylıq sosial müavinət əsasən altı və daha çox uşağı olan ailələrə ödənilir, pensiya ilə bağlı müəyyən güzəştlər isə beş və daha çox uşağı olan ailələrə şamil edilir.
Lakin statistik göstəricilər ölkədə çoxuşaqlı ailələrin sayının getdikcə azaldığını göstərir. Bu, əsasən yaşayış xərclərinin artması ilə əlaqələndirilir. Eyni zamanda ərzaq və digər gündəlik tələbat məhsullarının bahalaşması səbəbindən indiki dövrdə uşaqlara baxmaq əvvəlki illərlə müqayisədə daha çətinləşib.
KONKRET.az bakuws-ə istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bu səbəbdən sosial dəstəyin əhatə dairəsinin genişləndirilməsini təklif edir:
“Təşəbbüsə əsasən, çoxuşaqlı ailə statusunun mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrə də şamil edilməsi nəzərdə tutulur. Bu halda belə ailələr dövlət büdcəsindən aylıq müavinət ala, eyni zamanda uşaqların sayından asılı olaraq valideynlər üçün erkən pensiya imkanları yaradıla bilər. Məsələn, təklifə görə, ailədə üç uşaq olduqda pensiya yaşının bir neçə il azaldılması mümkün ola bilər”.
Qeyd edək ki, rəqəmlər də demoqrafik azalmanı göstərir. 2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq dünyaya gəldiyi halda, 2025-ci ildə bu göstərici 100 minin altına düşüb.
Beynəlxalq təcrübədə isə ailə siyasətində uşaqların sayı əsas meyarlardan biri hesab olunur. Avropa ölkələrində sosial dəstək mexanizmləri geniş tətbiq edilir, ödənişlər artıq ikinci uşaqdan başlayaraq verilir.

Salam 3 uşaqın var 1 uşaq 10 yaşında 2 ci uşaqı 8 yaşında 3 u uşaq 7 aylıq sosial yardım almıram her günde qiymətlər bahalaşır uşaqın geyimi yemeyi məktəbi var yaşayış üçün çox ceyinlik çəkilir
Can baci🥺mehriban Eliyeva yaz
Mən çox istəyirəm ki uşaq pulu verilsin
5usaqli ailalara sosial verilacak konkret
4 uşaq anasıyam. Onların hər biri oxuyur, 1 qəp dövlətdən xeyir görmədik bugünə qədər.Həqiqətən çox çətindir. Nəzərə alsalar çoxuşaqlı ailələri çox yaxşı olardı.
Kimle
Salam menim 3 usaqm var hec bir yerden gelirim yoxdu ataları fehlelik edir oda catmr bize komek edin qurban olm
Bunu bu basliqla,bele yazanlara ayib olsun.bestirin insanların hissi ile oynadınız.ozude muqeddes sayılan analarin
Şad xeber bunun harasinda idii
Salam 3 usagim var hec bir yerden gelirim yoxdu
ailələrə köməklik olunmalıdır 3-5uşaq fərq etmir,insanlar çətinlik çəkir çünki hər şey bahalaşıb,uyğun iş də kimi tapır kimi tapmır.fabrikalar da açılsa yaxşı olar cəmiyyət işləyər qazanar özlərinə və uşaqlarına ehtiyaclarını rahatlıqla alar,quru yollar açılsın,insanlar rahat ticarətlərini etsin əvvəlki kimi.məhdudiyyətlər çoxaldıqca insanlar həyatdan bezar hala gəlib,gənclər maddi sıxıntıdan dolayı ürək xəstəliyinə tutulur və günlərdə ölüm sayı çoxalıb çox təssüf ki.Nəzərə alın vəziyyəti düzəldin ölkədə ki insanlar sevərək yaşasın öz vətənində.O zaman Allah da razı qalar
Mənim ANAMIN 59 YAŞI VAR 7 UŞAĞ ANASIDI ATAM QARABAĞ VETRANDI NƏ ANAM ÇOX UŞAĞLIYA GÖRƏ PESİYA ALIR TA ATAM VETRAN PULU ALIR BİR QƏPİYK DÖRTDƏN GƏLİYKMİZ YOXDU 220 SOSİAL PESİYADAN BAŞQA AXI ÇOX UŞAQLİYA GÖRƏ ANA PESİYA ATA VETRAN PULU ALMARDI NİYƏ ALMIR? ÇOX XAHİŞ EDİRƏM KÖMƏYİ EDİN
Belə başlıq yazıb insanların vaxtını alırsız insanlar sizə qarğış edirlər yalançılar xalqı ələ salmayın uşaq pulu heç vaxt verməyəcəklər çünki veteranına qiymət verməyənlər sadə vətəndaşlarınada uşaq pulu verməyəcək inanmayın oxumayın siz oxuyan kimi onlara pul gedir onlar varlanır sizsə istirab çəkirsiz
Salam üç uşağım var.uşaqın biri atizim xəstəsidir.isleyirem amma çox çətinliy çəkirəm uşaqları boyudmeyde.
Hər dəfə xəbər verilir ki, Milli Məclisdə o fikir müzakirə olunub, bu fikir təklif olunub. Amma nə vicdanları, nə də cəsarətləri çatmır ki, xalqın, əhalinin rifahını yaxşılaşdıran, ələxsus da çox uşaqlı ailələrə köməklik istiqamətində qərarlar təklif edib, konkret qərar qəbul olunsun. Ancaq boş-boş müzakirələrlə vaxt keçirib, illərcə o müzakirə ətrafında fırlanırlar, sonda da fulfulooo, heç bir nəticə yox. Milli Məclis üzvlərinin və məmurların boş, mənasız qərarları və səhvlərinə görə, ALLAHIN hər cür nemətlərlə zənginləşdirdiyi gözəl Azərbaycan kimi bir dövlətdə yaşamaq çox çətindir.
4 övladım var, fəhlə atanın gözlərinin nurunu tökərək, min bir əziyyətlə qazandığı 5-10 manat pula möhtac böyüdürük övladlarımızı. Sanki dövlətin bizdən xəbəri yoxdur.
Cox yaxsi olar.cox cetindi hal hazirda yasamaq usaga baxmaq.allah əlesin qəbul edilsin bu qərar.iki ildirki artiq muzakire edillr amma ortada bir sey yoxdu
3 uşağım var yoldaşım fəhlə işləyir gelir yerimiz yoxdu biz sosial yardım ala bilmirik kart olmalıdı adınıza deyilir eyer kartim varsa heç sosial pulu istəmərəm hamı alan puldan biz nie ala bilmirik
Məndə 3 uşaq anasıyam və 3 uşaqlılara pul verilməsinin tərəfdarıyam.Heç bir yardım göstərmirlər amma qoy əsgərlik vaxtı çatsın görün necə aparırlar.
Yalandan deyiler her il. vermeyecekler.inanmiram