Ata və oğulun idarə etdiyi avtomobillər toqquşdu – ÖLƏN VAR / FOTO / YENİLƏNİBbackend

Ata və oğulun idarə etdiyi avtomobillər toqquşdu - ÖLƏN VAR / FOTO / YENİLƏNİB

Bu gün Ucarda baş verən qəzada xəsarət alan Tahir Əhədov Ucar Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, hadisə bu gün Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.

Ucar rayonunun Qazyan kənd sakini, 1956-cı il təvəllüdlü Tahir Musa oğlu Əhədovun idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə oğlu, 1984-cü il təvəllüdlü Abdul Tahir oğlu Əhədovun idarə etdiyi eyni markalı maşın toqquşub. Nəticədə ata və oğul ağır xəsarət alıb, təcili tibbi yardım avtomobili ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Həkimlərin səyinə baxmayaraq Tahir Əhədov həyatını itirib./APA

14:04

Ucarda ata və oğulun idarə etdiyi avtomobillər toqquşub.

KONKRET.az xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.

Ucar rayonunun Qazyan kənd sakini, 1956-cı il təvəllüdlü Tahir Musa oğlu Əhədovun idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə oğlu, 1984-ci il təvəllüdlü Abdul Tahir oğlu Əhədovun idarə etdiyi eyni markalı maşın toqquşub. Nəticədə ata və oğul ağır xəsarət alıb, təcili tibbi yardım avtomobili ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İlkin tibbi yardım göstərildikdən sonra Tahir Əhədov Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun müalicəsini davam etdirmək məqsədi ilə Bakıdakı xəstəxanaların birinə göndərilməsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*