Ucarda dördotaqlı ev tamamilə yandıbackend

Ucarda dördotaqlı ev tamamilə yandı

Ucar rayonunda yanğın hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə gecə saatlarında Əlikənd kəndində qeydə alınıb.

Kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Yusif Vahid oğluna məxsus ümumi sahəsi 120 kvadrat metrlik birmərtəbəli, dördotaqlı ev içindəki əşyalarla birgə tamamilə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ucar rayon Yanğınsöndürmə Briqadasının 2 avtomobili və canlı qüvvəsi cəlb olunub və ətraf tikililər mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmasa da, evdən heç bir əşya çıxarmaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*