Ucarda piyadanı yük qatarı vurub öldürdübackend

Ucarda piyadanı yük qatarı vurub öldürdü

Ucar rayonunda yük qatarı piyadanı vuraraq öldürüb.

KONKRET.az xəbər verir ki, hadisə bu gün Böyük Kəsik-Bakı dəmir yolunun rayonun Küçəkənd kəndindən keçən hissəsində baş verib.

Yük qatarı 25-30 yaşlı kişini vurub. Ağır xəsarət alan, hələlik şəxsiyyəti məlum olmayan kişi hadisə yerində ölüb.

Maşinistin sözlərinə görə, qatarın qarşısına çıxan kişi siqnala məhəl qoymayaraq dəmir yolundan çıxmayıb.

Faktla bağlı araşdırma aparılır.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*