Ucqar dağ kəndlərində karantin rejiminə riayət olunurmu?backend

Ucqar dağ kəndlərində karantin rejiminə riayət olunurmu?

Ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejim qaydalarının təmin olunması və tövsiyələrinə riayət edilməsi istiqamətində Quba Rayon Polis Bölməsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları da gücləndirilmiş iş rejimində çalışırlar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan KONKRET.az-a verilən məlumata görə, dağlıq ərazidə yerləşən və 47 kəndi əhatə edən Qonaqkənd Polis Bölməsinin əməkdaşları mütəmadi olaraq kəndlər ərazisində xidmət təşkil edərək kənd sakinlərini elan edilmiş rejim qaydalarına riayət etməyə çağırırlar.

Sakinlərdən lüzumsuz yerə yaşadıqlar evləri tərk etməməyi, zərurət olduğu halda isə təyin olunmuş qaydada icazə sistemi vasitəsi ilə icazə aldıqdan sonra hərəkət etməyi tələb edən bölmə əməkdaşları, hər kəsə “evdə qal” kompaniyasına qoşulmalarının zəruriliyini bildirirlər.

Bu tədbirlərlə yanaşı xüsusi karantin rejimi çərçivəsində polis əməkdaşları tərəfindən kəndlər arasında lüzumsuz yerə nəqliyyat vasitələri idarə edən sürücülər də saxlanılır, barələrində xəbərdarlıq və ya inzibati qaydada tədbirlər görülərək, sakini olduqları kəndlərə yönləndirilirlər.

“Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*