Üçü Bakıda, biri İrəvanda – O biri isə qəbiristanlıqda… – FOTObackend

Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO

Məhv olmuş keçmiş separatçı rejimin bir sıra “nümayəndələri” bu gün İrəvandakı “Yerablur” hərbi panteonunda peyda olublar.

KONKRET.az xəbər verir ki, onların arasında separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanyan da olub.

Şahramanyanı Njde İskandaryan, keçmiş separatçı strukturun digər “rəsmiləri” və “deputatları” müşayiət ediblər. Onlar 19 sentyabr 2023-cü il hadisələrinin üçüncü ildönümü ilə əlaqədar “Artsaxın çağırışı” adlandırılan abidənin qarşısına gül qoyublar.

Bununla yanaşı, keçmiş separatçı rejimin “parlamenti” adından bəyanat yayılıb. Bəyanatda Qarabağdan Ermənistana köçmüş ermənilərin “kollektiv və təhlükəsiz qayıdışı” “tələb” edilib.\\Musavat.com

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*