Ukrayna Ali Radası səfərbərlik haqqında yeni qanun qəbul edirbackend

Ukrayna Ali Radası səfərbərlik haqqında yeni qanun qəbul edir

Ukrayna Ali Radası səfərbərlik haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu deputat Yaroslav Jeleznyak elan edib.

“Qanun layihəsi Komitənin təklifi olmadan qəbul edilib. Bütövlükdə qanun layihəsi böyük ehtimalla fevralın son həftəsində qəbul olunacaq və apreldən qüvvəyə minəcək”, – deyə o bildirib.

Qeyd edək ki, qanun layihəsində çağırış yaşının 27-dən 25-ə endirilməsi, hərbi vəziyyət dövründə 36 ay fasiləsiz hərbi xidmətdən sonra tərxis olunmanı, icbari hərbi xidmətin ləğvini, əsirlikdən azad edilmiş hərbi qulluqçulara 90 gün əlavə məzuniyyət verilməsini, hərbi xidmətdən yayınanlara məhdudiyyətlərin qoyulmasını təklif edilir. Yeni qanun layihəsi dövlət qulluqçuları üçün hərbi xidmətdən möhlətlərin ləğvini də nəzərdə tutur.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*