Ukrayna Baş Qərargahı cəbhədəki son durumu AÇIQLADIbackend

Ukrayna Baş Qərargahı cəbhədəki son durumu AÇIQLADI

“Ən ciddi aktivlik Donetsk əməliyyat zonasında müşahidə olunur. Belarus Silahlı Qüvvələri Volın və Polissya istiqamətlərində döyüş tapşırıqlarını yerinə yetirməkdə davam edir”.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Rəsmi informasiyaya əsasən, Belarus ərazisindən Ukraynaya raket və hava zərbələrinin endirilməsi təhlükəsi daha da artıb.

Qeyd olunub ki, Xarkov istiqamətində isə düşmən bütün qüvvələrini mövqelərini qorumağa və gücləndirməyə yönəldib: “İzyum şəhərinin cənub hissəsinə əlavə artilleriya bölmələri yerləşdirilib. Zaporejye istiqamətində qarşı tərəfin bölmələri yenidən qruplaşdırılır. Krivoy Roq və Nikolayev istiqamətlərində qarşı tərəf qoşunlarımızın mövqelərini artilleriyadan atəşə tutmağa davam edir”.

Baş Qərargahdan bildirilib ki, son 24 saat ərzində Donetsk və Luqansk istiqamətlərində Rusiya qoşunlarının 16 hücumu dəf edilib: “8 tank, 22 zirehli döyüş maşını və 1 düşmən maşını məhv edilib. Həmçinin Rusiya ordusunun 6 PUA-sı, 1 qanadlı raketi və 30 zirehli döyüş maşını sıradan çıxarılıb”.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*