Ukrayna hərbçiləri Rusiyanın motoatıcı alayını MƏHV ETDİbackend

Ukrayna hərbçiləri Rusiyanın motoatıcı alayını MƏHV ETDİ

Ukrayna hərbçiləri bir neçə rus bölməsini məhv edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının iyunun 18-də səhər xülasəsində deyilir.

“Ukrayna Müdafiə Qüvvələrinin atəşi nəticəsində Rusiya 1-ci Ordu Korpusunun 11-ci əlahiddə motoatıcı alayının bölmələri xeyli itki verib və döyüş qabiliyyətini bərpa etmək üçün döyüş bölgəsindən çıxarılıb”, – deyə Ukrayna Baş Qərargahı bildirib.

Baş Qərargahın məlumatına görə, son sutka ərzində Ukrayna Silahlı Qüvvələri Rusiyanın ən azı 30 texnikasını məhv edib.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*