Ukrayna məhkəməsi Medvedçukun həyat yoldaşını HƏBS ETDİbackend

Ukrayna məhkəməsi Medvedçukun həyat yoldaşını HƏBS ETDİ

Ukraynanın İvano-Frankovsk Şəhər Məhkəməsi müxalif siyasətçi Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenkonu qiyabi həbs edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Marçenko və onun direktoru İnna Paliy barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, hazırda Rusiyada olan şübhəlilərin iştirakı olmadan məhkəmə iclası keçirilib.

Məhkəmənin bəyanatında bildirilib ki, Marçenko Rusiya Silahlı Qüvvələrinin Krımdakı bölmələrini 10,4 milyon qrivna (təxminən 283 min dollar) məbləğində maliyyələşdirib.

Qeyd edək ki, daha əvvəl Ukrayna məhkəməsi Oksana Marçenkonun 400 milyon qrivna dəyərində gizlədilmiş aktivlərinə həbs qoyub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*