Ukrayna meşələrində müharibə qurbanlarının yeni kütləvi məzarlığı aşkar edilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kiyev regional polisinin əməkdaşı Andrey Nebytov bildirib.
Nebytovun sözlərinə görə, tapılan cəsədlərdən ikisinin əlləri bağlı olub, diz və başında güllə yaraları aşkar edilib.
Kütləvi məzarlıq hərbi maşın üçün qazılmış səngərdən bir az aralıda tapılıb. Oradan 7 mülki şəxsin cəsədi çıxarılıb.
Qeyd edək ki, martın sonunda Rusiya qoşunları bölgədən çıxarılandan sonra rəsmilər əksəriyyəti meşələrdə yerləşən kütləvi məzarlıqlardan 1316 cəsəd tapıb.
İqbal Rzayev,
KONKRET.az
