Ukrayna müdafiə naziri Türkiyədən ÜZR İSTƏDİbackend

Ukrayna müdafiə naziri Türkiyədən ÜZR İSTƏDİ

Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Türkiyədən üzr istəyib. 

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəhbərinin “Twitter” səhifəsində bildirilir.

Ukraynanın müdafiə naziri Aleksey Reznikov müharibədə ukraynalı itkilərin sayını Türkiyədə zəlzələ qurbanlarının sayı ilə müqayisə etdiyinə görə üzr istəyib.

“İspaniyanın “La Razon” qəzetinə verdiyim müsahibə zamanı Ukrayna və ya Türkiyədə şərhlərimdən inciyən hər kəsdən üzr istəyirəm. Ukraynalılar türk xalqına rəğbət bəsləyirlər. Minlərlə günahsız insanı, dostları, qonşuları dəfn etməyin nə olduğunu başa düşürük. Mən türk dostlarımıza Rusiya işğalının başlanğıcından bəri Krımla bağlı sarsılmaz dəstəyə və qəti mövqeyə görə minnətdaram”.

Əlavə edək ki, İspaniyanın “La Razon” qəzetinə müsahibə verən Aleksey Reznikov Ukraynanın müharibədə verdiyi ümumi itkiləri Türkiyədə baş verən dağıdıcı zəlzələlərdə ölənlərin sayından az olduğunu qeyd edib. Türkiyədə təbii fəlakətlərdə 50 mindən çox insanın öldüyü məlumdur.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*