Rusiya ilə Qərb arasında tarixə baxışlarında uçurum var. Qərbi Avropa İkinci Dünya Müharibəsinin faciəsindən və təkrarlanmasından dəhşətli dərəcədə qorxaraq “Bir daha heç vaxt!” – deyir. Çünki Rusiya yenə də düşmənə müqavimət göstərməyə hazırdır. Üstəlik onun yeni düşməni bir çox cəhətdən XX əsrin ortalarındakı nasistlərə çox bənzəyir. Çox vaxt açıq şəkildə onlara – Bandera və Şuxeviçlər deyirlər.
2020-ci ildə Vladimir Putin tarixçi kimi məqalə yazıb. O, bu məqaləsində bir qədər subyektiv olsa da, İkinci Dünya Müharibəsi ilə bağlı fikirlərini bölüşüb. Bununla belə Putinin məqaləsini oxuyarkən bəzi suallar ortaya çıxır.
Birinci sual budur: bu gün ruslar Böyük Vətən Müharibəsi illərində olduğu kimi, özlərini qurban verməyə hazırdırmı?
Cavab aydındır. Bəli, Rusiya 1940-cı illərdə olduğu kimi yenidən ölməyə hazırdır. Burada Rusiya ilə Qərb arasındakı uçurumun dərinliyini başa düşürsən.Rusiya üçün Böyük Vətən Müharibəsi tarixi aktiv bir yaddaşdır. Böyük Vətən Müharibəsi ruslar üçün hər zaman ilham verə biləcək bir nümunədir. Qərb üçün isə bu, tarix mübarizədən daha çox dəhşət və qorxudur. O zaman Qərbi Avropa müharibədən əvvəlki dövrün dağıdıcı millətçiliyinin rədd edilməsi nəticəsində yenidən quruldu. Avropa təşkilatları müharibədən sonrakı dövrdə yeni münaqişənin qarşısını ala biləcək birliklər kimi təşkil olundu.
Qərbi Avropanın yaddaşı iki ifadə üzərində qurulub: özünə inamlı “bir daha heç vaxt” və qorxulu “yenidən olarsa?”.
Rusiya üçün söhbət siyasi legitimliyin əsas aləti olan dövlət yaddaşından gedir. Əgər bizim Qərb xalqları üçün XX əsrin ortalarında gedən döyüşlər artıq milli kimliyimizin mərkəzi sütunu deyilsə, Rusiya üçün hər şey tamam başqadır. 1989-cu ildə Rusiyada kommunist ideologiyasının “daşıyıcı divarı” dağıldıqdan sonra yeni Rusiya öz köklərini Böyük Vətən Müharibəsində tapdı.
“Sovet İttifaqı və Putin Rusiyasının davamlılığı”
Rusiya tarixi üzrə mütəxəssis Jan Lopez digər mühüm fərqləri də vurğulayır: “Qərbdə parçalanmış yaddaşdan söhbət gedir. Xatirələr bəzən mübarizəyə əngəl olur. Bunu bizim prezident seçkilərimiz də sübut edir. Siyasi legitimliyin əsas aləti olan ümummilli, dövlət yaddaşı”.
Nasistlərlə vuruşan kommunist SSRİ ilə Putin Rusiyası arasında yaddaşı yaşadan bir davamlılıq var. “Hər ikisi öz təhlükəsizliyini formula üzrə təmin etməyə çalışır. Yəni başqalarının təhlükəsizliyi Moskvanın təhlükəsi hesabına təmin oluna bilməz”- deyə o əlavə edir. Əgər 20-ci əsrin ortalarında nasizmə qarşı mübarizə uzun müddət milli kimliyimizin əsasını təşkil etmirsə, Rusiya üçün nasizmlə mübarizə dəfələrlə təkrarlanı və yenilənir. Beləcə, Lopezin gəldiyi qənaət budur: “Rusiyada milli kimliyin yeni əsaslarla bərpası gedir. 1989-1991-ci illərin qəzasından sonra insanların mənlik şüuru bərpa olunur”.
Başda qeyd etdiyimiz məqaləsində Putin könüllü olaraq döyüşən atasının Leninqradın mühasirəsi zamanı necə ağır yaralandığını xatırladır. Putin iki yaşlı qardaşının blokada zamanı aclıqdan necə öldüyünü, valideynlərinin hekayələrini xatırlayır. Putin Böyük Vətən Müharibəsi kultunu canlandırdı. Bu isə onun sələfləri olan Yeltsin və Qorbaçovdan daha çox fərqləndiyini deməyə əsas verir. Onu hər il mayın 9-da həlak olmuş sovet əsgərlərinin məzarları üzərinə çiçəklər qoymaq üçün Berlinə gedən baykerlərin “Gecə qurdları”nın yanında poza verərkən görmək olar. Putin hakimiyyətə gəldikdən sonra bu və ya digər hərbi tarixə həsr olunmuş təntənəli tədbirlər daha çox keçirilir. Məktəblilər fəal şəkildə muzeylərə gedirlər, xüsusən də Volqoqradda gənclər kütləvi qəhrəmanlıq və qələbənin tərənnümü ilə yaxından tanış olurlar.
Sivil din
Niyə? Çünki tarixin belə dərk edilməsi iman aktını, bir növ vətəndaş dinini nəzərdə tutur. Putinin Ukraynada xüsusi əməliyyatı elan edən çıxışında biz onun “Ukrayna nasistləri” və “ruslara qarşı soyqırımı” ifadəsini qeyd etdik.
Görünür, Putini 1941-ci il düşüncəsi səciyyələndirir. Ritorika zərrə qədər dəyişməyib: “biz və nasistlər” fikri yenə də var. Bu münasibətlə Jan Lopez maraqlı bir fərziyyə irəli sürür: “1945-ci ildə Berlinə gələn ruslar Hitlerin cəsədini tapdılar. Lakin Stalin şayiə yaymışdı ki, Hitler qaçıb. Hara? Əlbəttə ki, Qərbə. Beləcə, şərlə böyük döyüş davam etdi. Soyuq Müharibə zamanı isə Qərbi faşizmlə müttəfiq kimi tanıyırdılar”.
Polyaklar silah gücündə
Putin öz məqaləsində 2019-cu ildə Avropa Parlamentinin Rusiyanı nasist Almaniyası kimi 1939-1945-ci illər müharibəsinin başladılmasında məsuliyyət daşıyan qətnaməsinə etiraz edir. Bu, təhqirdir, çünki Putinin fikrincə, milyonlarla insanın həyatı bahasına dünyanı nasist vəbasından xilas edən Rusiya olub.
“Putin bunu dəhşətli nankorluq kimi qəbul edib. Qətnamədə nəzərdə tutulub ki, Şərqi Avropa ölkələrində bu əraziləri azad edən sovet əsgərlərinin abidələri, xüsusən də hər yerdə T-34 tankları dağıdılır”.
2004-2005-ci illərdə Ukraynada baş verən “narıncı inqilab”dan sonra İkinci Dünya Müharibəsinin kultu daha da gücləndi: “Təsadüfi deyil ki, Putin Bandera təşkilatının cinayətləri ilə bağlı minlərlə sənədin məxfiliyini ləğv etdi. İndi Ukrayna millətçilərinə qarşı döyüşçülər bunlara istinad etdilər “- Jean Lopez qeyd edir. Ancaq unutmaq olmaz: Ukrayna da Belarus faşistlərin işğalından ən çox, hətta Rusiyadan da çox zərər çəkən ölkə idi.
“Le Point”, Fransa. 15 mart 2022.
Tərcümə etdi: Lətif.A,
KONKRET.az
