Dünya bazarında neft qiymətləri kəskin ucuzlaşıb.
KONKRET.az xəbər verir ki, Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti 5,09% azalaraq bir barel üçün 84,76 dollar olub.
Londonun ICE birjasında isə Brent markalı neftin sentyabr fyuçersləri 4,74% ucuzlaşıb. Nəticədə, Brent markalı neftin bir barelinin qiyməti 92,19 dollara düşüb.
