Rusiyada son səkkiz ildə ən yüksək göstərici — yeni xarici şirkətlərin rekord axını qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Известия” yazıb.
Məqalədə deyilir ki, 2026-cı ilin yanvar-may aylarında ölkədə 3,1 min xarici mülkiyyət formalı hüquqi şəxs qeydə alınıb.
İlk dəfə 2023-cü ildən bəri bu cür şirkətlərin qeydiyyat sayı ləğv edilənlərin sayını üstələyib. Əsas axını Çin və MDB ölkələri təmin edir, onların ardınca Türkiyə, BƏƏ, Hindistan və Cənubi Koreya gəlir.
Ağagül Mürsəlov,
KONKRET.az
