Zelenski: “Putin səfərbərliyə hazırlaşır”backend

Zelenski: "Putin səfərbərliyə hazırlaşır"

Ukrayna Prezidenti Vladimir Zelenski Sky News üçün verdiyi müsahibənin bir hissəsini paylaşıb.

KONKRET.az xəbər verir ki, o, Rusiya lideri Vladimir Putinin yeni səfərbərliyə hazırlaşdığından danışıb:

“Putin müharibəni dayandırmağa hazır deyil. Kəşfiyyat məlumatlarına görə, o, səfərbərliyə hazırlaşır. O, bunu 21 sentyabrda keçiriləcək Dumaya seçkilərdən sonra etmək istəyir. O, səfərbərliyi gücləndirmək istəyir. Açıq şəkildə yox, çünki öz cəmiyyətindən qorxur, amma əgər biz ona logistika, silah, benzin, dizel məsələlərində problemlər yaratmasaq və tərəfdaşlarımız onun təcavüzünə görə tam sanksiyalar tətbiq etməsə, o, bunu oktyabrın əvvəlində edəcək.

Bu, böyük problem olacaq, çünki o, 300-500 min nəfəri səfərbər etməyi planlaşdırır. Onun üçün bu qədər insanı səfərbər etmək o qədər də çətin deyil. Bu məsələdə onun daxili problemləri olacaq, çünki onun cəmiyyəti — mən sorğu görmüşəm — səfərbərliyə qarşıdır. Əhalinin əhəmiyyətli bir hissəsi müharibəyə qarşı çıxır, amma yenə də Putini dəstəkləyirlər. O, bu insanları tez hazırlaya bilməyəcək. Bu o deməkdir ki, o, zəif hazırlaşdırılmış insanları döyüş meydanına göndərəcək. Bu isə öz növbəsində böyük itkilər deməkdir”.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*