Ukrayna Nailə Əsgərzadəyə sanksiya tətbiq etdibackend

Ukrayna Nailə Əsgərzadəyə sanksiya tətbiq etdi

Əslən azərbaycanlı olan və Rusiyada fəaliyyət göstərən media nümayəndəsi Nailə Əsgərzadəyə sanksiya tətbiq edilib. 

KONKRET.az xəbər verir ki, Ukraynanın Mədəniyyət Nazirliyi sanksiyalar siyahısına əlavə ediləcək Rusiya mədəniyyət xadimlərinin adlarını açıqlayıb.

Ölkənin Nazirlər Kabineti sanksiyalar siyahısının genişləndirilməsini artıq təsdiqləyib. Siyahı Milli Təhlükəsizlik və Müdafiə Şurası, eləcə də prezident tərəfindən də təsdiqlənməlidir.

Qeyd edək ki, siyahıda Nikolay Baskov, Dmitri Bilan, Timati, Nikita Mixalkov, Vladimir Maşkov, Aleksandr Duqin və Nailə Əsgərzadə yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*