Ukrayna hakimiyyəti hərbi xidmətə çağırış təcrübəsini dəyişməyi planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.
“Bəzi insanlar ölməkdən qorxur, atəş açmaqdan qorxur, lakin bu o demək deyil ki, onlar başqa fəaliyyətlərə cəlb oluna bilməzlər. İndi yeni yanaşma ilə yeni nazir var”, – məlumatda deyilir.
Qeyd edilir ki, nazirlik orduya kömək etmək istəyən, lakin cəbhəyə getmək istəməyən ixtisaslı ukraynalıları çağırışdan yayınmaq cəhdlərindən çəkindirmək üçün Ukraynanın iki ən böyük işə götürmə şirkəti ilə işləyəcək.
Qeyd edək ki, noyabrın 13-də Ukrayna Müdafiə Nazirliyi Lobby X təşkilatı ilə Silahlı Qüvvələr üçün işə qəbul layihəsinin başlandığını elan edib.
Ariz Həsənoğlu,
KONKRET.az
