Ukrayna PA Putinin danışıqlara hazır olmasını BELƏ ŞƏRH ETDİbackend

Ukrayna PA Putinin danışıqlara hazır olmasını BELƏ ŞƏRH ETDİ

“Piutin ikibaşlı oyun oynayır, bir tərəfdən terrorun dərəcəsini yüksəldir, digər tərəfdən təslim olmağa çağırır”.

KONKRET.az xəbər verir ki, bu barədə Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak “Twitter” səhifəsində yazıb.

Prezident Aparatı Putinin danışıqlara hazır olmasını şərh edib.

Almaniyanın keçmiş kansleri Gerxard Şröder Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqlara açıq olduğunu bildirib. Bu cür bəyanatlar təslim olmağa dəvət kimi qiymətləndirilə bilər.

“Rusiya bir əli ilə yeni vəhşi cinayətlərlə terrorun dərəcəsini yüksəldir, digər əli ilə təslim olmağa çağırır. Şröder imperiyanın tanınmış carçısı və kral sarayında söz sahibidir. Moskva dialoq istəyirsə, top onun əlindədir, öz sahəsində”, – mesajda deyilir.

Onun sözlərinə görə, danışıqlar yalnız atəşkəs əldə edildikdən və qoşunların Ukraynadan çıxarılmasından sonra baş tuta bilər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*