Ukrayna Rusiya ilə danışıqları bu tarixdə bərpa edə bilərbackend

Ukrayna Rusiya ilə danışıqları bu tarixdə bərpa edə bilər

“Ukrayna Rusiya ilə danışıqları avqustun sonunda bərpa edə bilər”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Voice of America” radiosuna Ukrayna tərəfdən danışıqlar qrupunun rəhbəri David Araxamiya deyib.

Onun hesablamalarına görə, məhz həmin vaxta Ukrayna Silahlı Qüvvələrinin planlaşdırdığı əks-hücumundan sonra Kiyevin “danışıqlar mövqeyi” güclənməlidir.

“Danışıqlara avqustun sonuna qayıda bilərik. Planlarımızı ruslarla bölüşmək istəmirik, çünki onlar bunu açıq mənbələrdə görə bilərlər. Amma düşünürəm ki, biz bəzi yerlərdə əks-hücum əməliyyatı keçirəcəyik”, – deyə Araxamiya bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*