Ukrayna Tatarıstanın Nijnekamsk şəhərindəki TANEKO neft emalı zavoduna (NEZ) və Rusiyanın Krasnodar diyarının Volna qəsəbəsindəki “Tamannefteqaz” neft terminalına zərbə endirib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, obyektlərə zərbələr avqustun 19-da və avqustun 20-nə keçən gecə endirilib.
Nəticədə TANEKO NEZ ərazisində və “Tamannefteqaz” terminalında yanğın qeydə alınıb.
