Ukrayna Rusiyanın raket anbarını məhv etdi – Videobackend

Ukrayna Rusiyanın raket anbarını məhv etdi - Video

Rusiya Federasiyasının nəzarəti altında olan Luqansk şəhəri yaxınlığında, bu gün partlayışların qeydə alındığı Yubileyni kəndində raket anbarı vurulub.

KONKRET.az xəbər verir ki,Qondarma Luqansk “demokratik respublikası”nın “rəhbərliyi” həmçinin bəyan edib ki, Ukrayna silahlı qüvvələri mədəndə istifadə olunan ammonyak və trotilin saxlandığı şaxtanın anbarına raket zərbəsi endirib, dinc sakinlər arasında itki yoxdur.

Qeyd edək ki, bu gün Ukrayna ordusunun Rusiya işğalı altında olan Luqansk şəhəri yaxınlığına zərbələr endirdiyi haqda məlumat yayılmışdı. Luqansk “xalq milis dəstəsi”nin “polkovnik-leytenantı” Andrey Maroçko Ukrayna ordusunun Luqansk şəhərinin cənub-qərb hissəsinə kasetli sursatlardan istifadə edərək zərbələr endirdiyini təsdiqləmişdi.

“Luqansk şəhərinin cənub-qərbində kasetli sursat partlayışlarına oxşar partlayışlar oldu. Güman edə bilərəm ki, bu, kaset hissələri ilə birlikdə uzaq mənzilli raket idi”, – Maroçko bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*