“Ukrayna Silahlı Qüvvələri işğalçını bütün istiqamətlərdə QOVUR” – Zelenskibackend

"Ukrayna Silahlı Qüvvələri işğalçını bütün istiqamətlərdə QOVUR" - Zelenski

“Ukrayna hərbçiləri işğalçını bütün istiqamətlərdə qovurlar”.

KONKRET.az xəbər ki, bu barədə Prezident Volodimir Zelenski axşam videomüraciətində bildirib.

“Bu gün müqavimətimizin, mübarizəmizin, vətən müharibəmizin – azadlıq, müstəqillik, mövcud olmaq haqqı uğrunda savaşımızın 200-cü günüdür. Bu 200 gündə biz çox şeyə nail olduq. Amma ən vacibi və ən çətini qabaqdadır”, – deyə dövlət başçısı bildirib.

O qeyd edib ki, ukraynalı hərbçilər düşməni qəhrəmancasına sıxışdırıblar və indi onları bütün istiqamətlərdə qovurlar, irəliyə və qələbəyə doğru gedirlər.

Zelenski qeyd edib ki, bu gün Ukrayna əsgərlərinin hərəkətləri “hamı tərəfindən görülür və qeyd olunur”.

“Dünya sevinir, düşmən təşviş içindədir. Ukrayna sizinlə fəxr edir, sizə inanır, sizin üçün dua edir, sizi gözləyir. Bu, qələbəyə aparan asan yol deyil. Amma biz əminik ki, siz bunu edə bilərsiniz”, – deyə prezident vurğulayıb.

Xatırladaq ki, sentyabrın 11-nə olan məlumata görə, ukraynalı müdafiəçilər Xarkov vilayətində 40-a yaxın yaşayış məntəqəsini azad ediblər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*