“Ukrayna taxılını yalnız özlərini yaxşı aparan ölkələr alacaq” – Simonyan – VİDEObackend

“Ukrayna taxılını yalnız özlərini yaxşı aparan ölkələr alacaq” - Simonyan - VİDEO

“Ukrayna taxılını yalnız özlərini yaxşı aparan ölkələr alacaq”.

KONKRET.az xəbər verir ki, bunu rusiyalı təbliğatçı Marqarita Simonyan digər təbliğatçı Vladimir Solovyovun verilişində deyib. O, Ukraynanın işğal olunmuş rayonlarından, xüsusən də Xerson vilayətindən taxıl, tərəvəz və meyvələrin satışından danışıb.

Simonyan deyib ki, Ukrayna taxılını yalnız özlərini yaxşı aparan ölkələr alacaq.

“İndi bildiyiniz kimi, aqrar olan Xerson rayonunda məhsul artıq yetişməyə başlayır. Bütün dünya ərzaq böhranının olacağından narahatdır.

Allaha şükürlər olsun ki, bundan bizim narahatlığımız yoxdur, üstəlik, dünya ilə paylaşa bilərik. Ancaq özlərini ləyaqətli aparanlara sata bilərik. Kiməsə sata bilərik, kiməsə sadəcə kömək edə bilərik. Biz bunu edə bilərik, çünki bu il quraqlıq olan Hindistan və ABŞ-dan fərqli olaraq bizdə hər şey yaxşıdır, quraqlıq olmayıb.

Yaxşı məhsul götürməyi planlaşdırırıq. İndi Xerson rayonunda turp, kartof, göyərti yetişib və onları hardasa satmaq lazımdır, onlar bununla yaşayırlar. Oradan gələn hərbi müxbirlərimiz mənə deyirlər ki, onlar məhsulun Krıma satıla biləcəyini gözləyirlər”, – deyə Simonyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*