Ukrayna təcili olaraq NATO-ya üzvlük üçün MÜRACİƏT EDİRbackend

Ukrayna təcili olaraq NATO-ya üzvlük üçün MÜRACİƏT EDİR

Ukrayna NATO-ya üzvlük üçün təcili şəkildə müraciət edir.

KONKRET.az xəbər verir ki, bu barədə sentyabrın 30-da Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonra Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib. O bildirib ki, Ukrayna NATO-ya üzv olmaq üçün təcili şəkildə müraciət edir.

“De-fakto, biz artıq NATO-ya yolumuzu keçmişik. De-fakto, biz artıq Şimali Atlantika Alyansının standartlarına uyğunluğu sübut etmişik. Bu gün Ukrayna bunu de-yure etmək üçün müraciət edir. Bütün cəmiyyətimizin qorunması üçün dəyərimizə uyğun olacaq bir prosedurla. Sürətli şəkildə”, – Zelenski bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*