Ukrayna və Rusiya müharibədə həlak olan hərbçilərin cəsədlərini dəyişdirib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumatda Ukrayna tərəfinə 35 hərbçinin cəsədinin qaytarıldığını, əvəzində Rusiya tərəfinə 50 hərbçinin meyitinin verildiyini qeyd olunur.
Cəsədlərin dəyişdirilməsi prosesinin davam edəcəyi gözlənilir.