Ukrayna Xəzər dənizindəki Rusiya neft platformasına yenidən zərbə endirdibackend

Ukrayna Xəzər dənizindəki Rusiya neft platformasına yenidən zərbə endirdi

Ukrayna Silahlı Qüvvələrinin “Alfa” Xüsusi Əməliyyatlar Mərkəzinin uzunmənzilli dronları son bir həftə ərzində Xəzər dənizində fəaliyyət göstərən “LUKOIL-Nijnevoljskneft” neft hasilatı platformalarına üçüncü dəfə zərbə endirib.

KONKRET.az UNIAN-a istinadən xəbər verir ki, bu dəfə hədəf neft və qaz kondensatı yatağındakı platforma olub.

Dronlar obyektdəki vacib avadanlıqlara zərər vuraraq istehsal proseslərinin dayandırılmasına səbəb olub.

Qeyd edək ki, daha əvvəl dronlar dekabrın 11-i və 12-də Filanovski və Korçaqin neft hasilatı platformalarına zərbələr endiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*