Ukraynada millətçi gənclər kanonik Ukrayna Kilsəsinin pravoslav keşişinin üzərinə “zelyonka” atıblar.
KONKRET.az xəbər verir ki, bu barədə onun qızının sosial şəbəkədəki məlumatına istinadla Moskva Patriarxlığının kanonik Ukrayna Pravoslav Kilsəsinin informasiya və təhsil şöbəsi məlumat yayıb.
“Kilsə ibadəti zamanı kilsələrimizi zəbt edən qondarma millətçilər tərəfindən protoyerey Vladimir Mandzyukun üzünə yaşıl boya atıblar”,- qızı deyib.
Qeyd edək ki, Ukraynanın Lvov vilayətinin Strıy şəhərində naməlum şəxslər liturgiya zamanı keşişin üzərinə yaşıl boya töküblər.
Hücumdan sonra din xadiminin fotosu da yayımlanıb.

Xuraman Etibarlı,
KONKRET.az
