Ukraynada daha bir amerikalı yoxa çıxdıbackend

Ukraynada daha bir amerikalı yoxa çıxdı

Ukraynanın Donbas bölgəsində daha bir ABŞ vətəndaşı itkin düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays məlumat verib.

O, itkin düşən şəxsin Ukrayna ordusunun tərəfində döyüş əməliyyatlarında iştirak ediyini bildirib.

Britaniyanın “The Telegraph” qəzeti dünən yazıb ki, iyunun əvvəlində Xarkov yaxınlığında Ukrayna silahlı qüvvələri tərəfindən döyüşən amerikalı əsgərlər Aleksandr Dryuke və Endi Hun itkin düşüblər. Amerikalıların rus ordusu tərəfindən əsir götürüldüyü ehtimal edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*