Ukraynada Moskva Patriarxatının keşişi kilsəni “SOYDU” – FOTObackend

Ukraynada Moskva Patriarxatının keşişi kilsəni "SOYDU" - FOTO

Droqobıçda Müqəddəs İova Poçayev kilsəsində Ukaryna Pravoslav Kilsəsinə keçmək qərarından sonra, UPK Moskva Patriarxatının (MP) keşişi özündən sonra geridə “çılpaq” divarlar qoyub.

KONKRET.az xəbər verir ki, bu barədə Droqobıç Şəhər Şurası məlumat yayıb.

Kahin məbədi tərk etməzdən əvvəl icmanın vəsaiti ilə alınmış ikonostazı, kilsə inventarını, ikonaları, nişanları və zəngləri çıxarmaq qərarına gəlib. Kilsənin ərazisində yerləşən iki binadan hətta xaçları kəsib.

Xatırladaq ki, mayın 25-də Droqobiç icmasının ərazisində Moskva Patriarxlığının fəaliyyəti qadağan edilib.

Kilsənin əvvəl və sonrakı şəkillərini təqdim edirik:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*