“Müharibə 2022-ci ildə bitməyəcək, Krımın azad edilməsi Ukrayna Silahlı Qüvvələrinin 2023-cü il üçün vəzifəsidir”.
KONKRET.az xəbər verir ki, bu fikri Kanal 24-ün efirində İnformasiya Müqaviməti qrupunun hərbi-siyasi müşahidəçisi Aleksandr Kovalenko bildirib.
O deyib ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə 2022-ci ildə bitməyəcək.
“Müvəqqəti olaraq işğal olunmuş Krım yarımadasının azad edilməsi Ukrayna Silahlı Qüvvələrinin 2023-cü il üçün vəzifəsidir. Ən optimist variant Ukraynanın materik hissəsini 2022-ci ilin sonuna qədər azad etməkdir. Bu, 2022-ci ildə döyüş zonasında inkişaf edə biləcək ən əlverişli şərtlərdir”, – Kovalenko deyib.
Ekspert proqnozlaşdırır ki, bir müddət sonra Rusiya üçün işğal olunmuş əraziləri saxlamaq çətin olacaq:
“Bəli, müharibə 2022-ci ildə bitməyəcək. Lakin 2023-cü il, yəqin ki, “müqəddəs” adlandırılan ərazilərini saxlaya bilməyəcək və bu “dünyanın ikinci ordusu”nun sonunun başlanğıcı olacaq”, – deyə Kovalenko hesab edir.
Xatırladaq ki, ukraynalı general-mayor Dmitri Marçenko Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin qaynar mərhələsinin bu ilin sonuna qədər başa çata biləcəyini proqnozlaşdırmışdı.
Hərbi müşahidəçi Denis Popoviç Rusiyanın “bir-iki ildən sonra” yeni hücum riski barədə xəbərdarlıq edib.
Xuraman Etibarlı,
KONKRET.az
