Ukraynada müharibə bir həftəyə dayandırıla bilər.
KONKRET.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Astanada Amerikanın NBC teleşirkətinə müsahibəsində bildirib.
Lukaşenko bir həftə ərzində Ukraynadakı münaqişə ilə bağlı razılığa gəlməyi mümkün hesab edir.
“Hər şey ABŞ və Böyük Britaniyadan asılıdır. Əgər başa düşsəniz və razılaşsanız ki, sabah masa arxasında oturub razılaşmaq lazımdır, inanın ki, bir həftə ərzində razılaşacağıq… Müharibə həmişə pisdir. Bu yaxınlarda dedim ki, indi dünya bir problemlə məşğuldur, günahkar kimdir sualına cavab axtarırlar. Qulaq asın. Hər gün insanlar ölür. Müharibəni dayandıraq və bir razılaşma edək. Sonra kimin haqlı, kimin haqsız olduğunu anlayacağıq. Yəqin ki, bu normal bir düsturdur”, – Lukaşenko deyib.
Onun sözlərinə görə, danışıqlar prosesi başlayıb, lakin sonra dayandırılıb.
“Zelenskiyə danışıqlar aparmaq qadağan edilib. Kim? Üç dəfədən təxmin edin. O, sərbəst deyil. Və bu gün saxta xəbərlər yayılır… Haradasa doğru, haradasa yanlış. Bir-birini günahlandırırlar… Düzgün yol deyil. Hər gün minlərlə insan ölür. Heç bir günahı olmayan mülkilər ölür. Bu doğrudur. Ona görə də gəlin bu münaqişəni dayandıraq”, – deyə Belarus lideri vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az
