Ukraynada mühasirəyə düşən azərbaycanlı sürücü təxliyə edildibackend

Ukraynada mühasirəyə düşən azərbaycanlı sürücü təxliyə edildi

Ukraynada olan azərbaycanlı sürücülərdən daha bir nəfəri təxliyə edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasının (ABADA) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ruslan Eldaroğlu məlumat yayıb.

Məlumata görə, Kiyev şəhərində qalan sürücü Əliyev Arif Eynulla oğlunun Ukrayna hüdudlarından çıxarılması təmin edilib.

A.Əliyevin öncəki marşrut üzrə Moldova-Rumıniya-Bolqarıstan-Türkiyədən keçməklə ölkəmizə gəlməsi təmin olunub. Hazırda təxliyə olunan sürücü Bolqarıstan ərazisindədir.

Qeyd edək ki, indiyə qədər 33 yük nəqliyyat vasitəsi olmaqla, 37 sürücünün təxliyəsi həyata keçirib. Hazırda Ukrayna ərazisində iki azərbaycanlı sürücü qalmaqdadır. Onların təxliyəsi istiqamətində dövlət orqanları tərəfindən işlər davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*