Ukraynada nazir müavini təyin edilən şəmkirli gənc KİMDİR? – DOSYEbackend

Ukraynada nazir müavini təyin edilən şəmkirli gənc KİMDİR? - DOSYE

Ukraynanın strateji sənaye nazirinə yeni müavin təyin edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.

O qeyd edib ki, bu vəzifəyə əslən azərbaycanlı olan Teymur Tkaçenko gətirilib. Müvafiq qərar avqustun 15-də hökumətin iclasında qəbul edilib.

Tkaçenko bu vəzifəyə təyin olunmazdan əvvəl Kiyev şəhər administrasiyasında müxtəlif vəzifələrdə çalışıb. O, müxtəlif dövrlərdə piyadalar üçün yeraltı keçidlərin saxlanmasından tutmuş çimərliklərin inkişafına qədər müxtəlif sahələrə cavabdeh olub.

33 yaşlı azərbaycanlı gənc yaşlarından Ukraynanın dövlət qurumlarında təcrübə toplayıb.

Qeyd edək ki, əslən Şəmkir rayonundan olan Teymur Tkaçenko Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi mərhum Firudin Məmmədovun oğludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*