Ukraynadan “Avroviziya” ilə bağlı qərara ETİRAZbackend

Ukraynadan “Avroviziya” ilə bağlı qərara ETİRAZ

Ukrayna Avropa Yayım Birliyinin (AYB) “Avroviziya-2023” mahnı müsabiqəsinin ölkədə keçirilməsinin mümkünsüzlüyü ilə bağlı qərarı ilə razılaşmır.

KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenko feysbuk səhifəsində bildirib:

“Ukrayna belə bir qərarın qəbul edilməsinin mahiyyəti ilə razılaşmır. Başqa variantların imkanlarını müzakirə etmədən qarşımıza belə fakt təqdim olundu. Hesab edirik ki, gələcək danışıqlar aparmaq və bütün tərəfləri qane edəcək ümumi həll yolu tapmaq üçün bütün əsaslarımız var.

Biz ədalətli şəkildə “Avroviziya-2022”nin qalibi olduq və müsabiqənin Ukraynada keçirilməsinə razılıq prosesi üçün müəyyən edilmiş vaxt çərçivəsində bütün şərtləri yerinə yetirdik”.

Nazirin sözlərinə görə, “Avroviziya-2023”ün Ukraynada keçirilməsi bütün dünyanın ölkəsini dəstəklədiyinə dair güclü siqnaldır:

“Biz bu qərarın dəyişdirilməsini tələb edəcəyik, çünki inanırıq ki, AYB-nin qeyd etdiyi bütün öhdəlikləri yerinə yetirə biləcəyik”.

Məmur bildirib ki, bununla əlaqədar Ukrayna tərəfi “Avroviziya-2023”ün ölkədə keçirilməsi ilə bağlı əlavə danışıqlar tələb edir.

Qeyd edək ki, Avropa Yayım Birliyi “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin 2023-cü ildə Ukraynada keçirilməsinin mümkün olmayacağı barədə məlumat yayıb.

Hətta AYB bununla əlaqədar olaraq müsabiqənin Böyük Britaniyada keçirilməsi ilə bağlı BBC ilə danışıqlara başlayıb.

Xatırladaq ki, Ukraynanın “Kalush Orschestra” qrupu mayın 14-ü İtaliyanın Turin şəhərində keçirilən “Avroviziya-2022” müsabiqəsinin qalibi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*