Ukraynada Dövlət Miqrasiya Xidmətinin (DMX) fəaliyyətə başladığı 2012-ci ildən indiyə qədər deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.
KONKRET.az xəbər verir ki, 2012-ci il avqustun 1-dən 2021-ci il avqustun 1-ə qədər ümumilikdə 9 620 Azərbaycan vətəndaşı Ukraynadan ölkəsinə qaytarılıb.
Bunlardan 9 193 nəfər məcburi geri qaytarılanlar, 403 nəfər məcburi ölkədən çıxarılanlar, 24 nəfər isə Vətəninə könüllü qayıdanlardır.
/Report.az/
