Ukraynanın Milli Qvardiya komandirini öldürmək istədilərbackend

Ukraynanın Milli Qvardiya komandirini öldürmək istədilər

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Qvardiyanın “Xartiya” briqadasının komandiri İqor Obolenskiyə qarşı sui-qəsd cəhdi edildiyini bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə o, öz Telegram kanalında məlumat yayıb.

Ukrayna liderinin sözlərinə görə, hücum edən şəxs və onun şəriki saxlanılıb.

“Hazırda lazımi prosessual hərəkətlər aparılır. Bununla bağlı Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsini icra edən Oleksandr Poklad tərəfindən məruzə edilib”, – deyə o qeyd edib.

Zelenski yazıb ki, Kiyev Ukraynaya və komandirə zərbə endirmək cəhdinə cavab vermək niyyətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*