Rusiya hərbçiləri Ukraynanın Xarkov şəhərində Qan Mərkəzini və təhsil müəssisəsini atəşə tutub, dinc əhali arasında itkilər var.
KONKRET.az xəbər verir ki, Rusiya qoşunları Xarkov vilayətinə həyasız və amansız hücumlarını davam etdirir. Təcavüzkar ölkə rəhbərliyinin bəyanatlarına baxmayaraq, düşmən yaşayış binalarını atəşə tutur. Bir saat əvvəl Xarkov şəhərinin mərkəzində Qan Mərkəzi, təhsil müəssisəsi atəşə tutulub, mülki əhali arasında itkilər var.
Rusiyanın Xarkov vilayətinə hücumu başlayandan indiyədək 82 nəfər yaralanıb: onlardan 59-u mülki şəxs, 23-ü hərbçidir. Hərbi əməliyyatlar zamanı 11 nəfər həlak olub: onlardan 4-ü hərbçi və 7-si mülki şəxsdir.
Bu arada fevralın 26-da səhər saat 05:35 radələrində Vinnitsada hava həyəcanı elan edilib. Hələlik şəhərdə baş verənlərlə bağlı təfərrüatlar yoxdur.
