İran XİN yüksək səviyyəli ukraynalı diplomatı çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb. İran Kiyevin Tehrandakı müvəqqəti işlər vəkilini Ukrayna rəsmilərinin yanvarın 28-də gecə baş verən partlayışlarla bağlı şərhlərinə görə çağırıb.
Nəşr Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyakın mesajını xatırladıb.
Podolyak bir müddət əvvəl İranda baş verən son hadisələri “partlayış gecəsi” adlandırıb və Rusiyaya yardımının nəticələri ilə bağlı Tehrana xəbərdarlıq edib.
Xatırladaq ki, İranda son günlər gecə saatlarında partlayışlar baş verib. Bunu şərh edən Podolyak deyib ki, müharibə qatillər və onların əlaltıları üçün ağır qanunlar qoyur.
“The Wall Street Journal” yazır ki, Tehranın müdafiə kompleksinə gizli zərbə endirən məhz İsrail olub.
Bu arada ABŞ Tehranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün İrana qarşı hərbi əməliyyatların aparılacağını istisna etmir.
Xuraman Etibarlı,
KONKRET.az
