Ukraynaya gecə hücumu: Rusiya şəhərləri PUA və raketlərlə vurdu – Ölənlər varbackend

Ukraynaya gecə hücumu: Rusiya şəhərləri PUA və raketlərlə vurdu – Ölənlər var

Rusiya ordusu 8-dən 9 avqusta keçən gecə Ukraynanın bir sıra şəhər və yaşayış məntəqələrinə kütləvi PUA və raket hücumları həyata keçirib.

KONKRET.az xəbər verir ki, Xarkovda Rusiya PUA-sının yaşayış binasına dəyməsi nəticəsində binanın bir neçə mərtəbəsi dağılıb. İlkin məlumata görə, 2 nəfər ölüb, 12 nəfər yaralanıb. Dağıntılar altında insanların qala biləcəyi bildirilir.

Pavloqrad şəhərində də hücum nəticəsində 9 nəfərin, o cümlədən 4 uşağın yaralandığı açıqlanıb.

Odessada isə partlayışlar və yanğınlar qeydə alınıb. Rusiya zərbələri nəticəsində yaşayış binalarına və mülki infrastruktura ziyan dəyib, bir neçə avtomobil yanıb.

Ukrayna hakimiyyəti hücumların nəticələrinin aradan qaldırılması və dağıntılar altında qalan şəxslərin axtarışı üçün xilasedicilərin cəlb edildiyini açıqlayıb.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*