UNICEF xəbərdarlıq etdi: Zəlzələdən zərər çəkmiş bölgələrdə epidemiya riski varbackend

UNICEF xəbərdarlıq etdi: Zəlzələdən zərər çəkmiş bölgələrdə epidemiya riski var

Suriyada zəlzələdən zərər çəkmiş bölgələrdə epidemiya riski var.

KONKRET.az xəbər verir ki, bu barədə UNICEF-in Yaxın Şərq və Şimali Afrika üzrə regional ofisinin nümayəndəsi Əmmar Əmmar “ƏlCəzirə” telekanalına bildirib.

Onun sözlərinə görə, zəlzələdən sonra suriyalıların ilk növbədə içməli su və qidaya ehtiyacı var.

“İndi tədbir görməsək, milyonlarla insana təsir edə biləcək epidemiyadan qorxuruq”, – o deyib.

Qeyd edək ki, cümə günü BMT-nin sözçüsü Stefan Dujarrik Suriyadakı vəziyyəti fəlakətli adlandırıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*