“Universitetlərə qəbul üç əsas fənn üzrə keçirilməlidir” – Təhsil ekspertibackend

“Universitetlərə qəbul üç əsas fənn üzrə keçirilməlidir” - Təhsil eksperti

“Hal-hazırda Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanların müvafiq olaraq ədəbiyyat siyahısı hissəsində Elm və Təhsil Nazirliyinin də, DİM-in dərs vəsaitləri də öz əksini tapır”. 

KONKRET.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. O, qeyd edib ki, əgər vətəndaş yaşam şəraitinə görə müəyyən qədər vəsait xərcləməkdə çətinlik çəkirsə, əlbəttə, o övladının təhsilinə yatırım etməkdə də problem yaşayır.

“Hesab edirəm ki, bunun üçün qəbul qaydalarında müəyyən qədər sadələşdirmələr olmalıdır. Ən azı fənlərin sayı minimallaşdırılmalıdır. Bütün qruplar üzrə 3 əsas fənn götürülməlidir. Və bu üç əsas fənn üzrə də imtahan keçirilməlidir. Biz qəbul qaydalarını sadələşdirib, yalnız ali təhsil müəssisələrinə müvafiq olaraq bitirməni çətinləşdirməliyik. İlk növbədə ixtisaslı kadr hazırlamalıyıq və universiteti yalnız ixtisaslı kadrlar bitirməlidir. Biz də isə tamamilə əksinədir. Qəbul daha çətin, universiteti bitirmək isə daha asandır. Ona görə düşünürəm ki, qəbul qaydalarında struktur dəyişikliyi olmalıdır. Yəqin ki, qarşıdakı 3-5 il ərzində biz bunun şahidi olacağıq. Çünki ölkəmizdə yeni qəbul formatı gözlənilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*