“Ukrayna Rusiyaya qarşı terror həyata keçirir” – Zaxarovabackend

"Ukrayna Rusiyaya qarşı terror həyata keçirir" - Zaxarova

Kiyev rejimi son illər ruslara qarşı aktiv və sistemli terror fəaliyyəti həyata keçirir.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı xaricdən gələn başsağlığı və dəstək mesajlarını şərh edərkən deyib.

“Ötən illər ərzində Kiyev rejimi Rusiya vətəndaşlarına qarşı aktiv və sistemli terror fəaliyyəti həyata keçirir: yaşayış məntəqələrini, o cümlədən uşaq bağçalarını, məktəbləri, tibb müəssisələrini sistematik atəşə tutmaq; əhəmiyyətli mülki infrastruktura, o cümlədən nəqliyyat və enerji obyektlərinə hücumlar; ictimai xadimlərə və jurnalistlərə qarşı sui-qəsdlər olub”, – diplomat qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*