Uşaq bağçalarının təmirinə milyonlar ayrıldıbackend

Uşaq bağçalarının təmirinə milyonlar ayrıldı

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ölkə üzrə bir sıra məktəbəqədər təhsil müəssisələrində abadlıq, təmir, həmçinin kommunal-kommunikasiya işlərinin həyata keçirilməsi ilə bağlı iri həcmli satınalma müqaviləsi bağlamağa hazırlaşır.

KONKRET.az xəbər verir ki, nəzərdə tutulan yenidənqurma və təmir-bərpa işlərinin icrası üçün ümumilikdə 7 milyon 790 min 665 manat 40 qəpik vəsaitin xərclənməsi planlaşdırılır.

Qeyd olunan işlər çərçivəsində uşaq bağçalarının infrastrukturunun yaxşılaşdırılması, kommunikasiya xətlərinin yenilənməsi və ərazilərin abadlaşdırılması nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*