Uşaq həkimi: “Qurd xəstəliyinə daha çox 3-12 yaş aralığında rast gəlinir”backend

Uşaq həkimi: “Qurd xəstəliyinə daha çox 3-12 yaş aralığında rast gəlinir”

“Qurd xəstəliyi çox geniş yayılıb”.

KONKRET.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin “Instagram” səhifəsindəki canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, pediatr Erkin Rəhimov deyib.

Onun sözlərinə görə, 3-12 yaş aralığında olan uşaqlarda bu xəstəliyə daha çox rast gəlinir:

“Əsasən uşaqlar arasında bu xəstəlik 3-12 yaş aralığıdır. O da sırf ətraf mühitlə təmasda olmaları ilə əlaqəlidir. 3-dən aşağı yaşlarda bu xəstəliyə nadir hallarda yoluxma halı müşahidə oluna bilər”.

E.Rəhimov qeyd edib ki, bu xəstəliyin simptomları müxtəlifdir:

“Daha çox qarın ağrısı, halsızlıq, başgicəllənmə, iştahasızlıq müşahidə olunur. Bəzən dəridə allergik xəstəliklərə də yol aça bilər. Lakin bu, hər dəfə qurd əlaməti olmaya da bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*