Uşaqlarını koronavirusdan qorumaq üçün mikroavtobusda yaşayır – FOTObackend

Uşaqlarını koronavirusdan qorumaq üçün mikroavtobusda yaşayır - FOTO

Türkiyənin Trabzon şəhərində kişi ailəsini virusa yoluxdurmamaq üçün maşında yaşayır.

KONKRET.az-ın xəbərinə görə, “İhlas Haber Agentliyi” (İHA) məlumat verir ki, 42 yaşlı Fateh Turan evinin yaxınlığındakı mikroavtobusda qalır.

O, gündə bir neçə saat işə getdiyini deyib və işdən qayıdanda uşaqlarını virusa yoluxdurmaq təhlükəsi yaşamamaq üçün belə etdiyini bildirib.

Bütün lazımi əşyaları miktoavtobusa yerləşdirən həmin şəxs zamanını maraqlı keçirdiyini deyib.

“Burada arvadın deyinməsindən də uzaq oluram”, – deyə Turan zarafat edib.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*