Uşaqlıq arzularına çatmayan futbolçular – FOTObackend

Uşaqlıq arzularına çatmayan futbolçular - FOTO

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

KONKRET.az xəbər verir ki, “Sabah” klubu bu münasibətlə sosial şəbəkə hesabında maraqlı paylaşım edib.

Belə ki, bu klubun formasını geyinən dörd futbolçunun uşaqlıq arzularının vurğulandığı paylaşımda bunlar qeyd olunub:

“Hər kəsin bir uşaqlıq uşaqlıq arzusu olur. Coy-Lens Mikelsin uşaqlıq arzusu yanğınsöndürən olmaq idi. O, yanğınsöndürən ola bilməsə də, qol alovumuzu söndürməyi bacarır.
Elvin Camalov həkim ola bilməsə də, ən çətin anlarda komandamızı xilas edir.

Amin Seydiyev hərbçi ola bilməsə də, müdafiəmizin keşiyində dayanır.

Aleksey İsayev səyyah ola bilməsə də, qol vurmağın yollarını kəşf etməyi bacarır.

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür”.



Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*