ÜST-dən COVID-19-un yeni ştammları barədə AÇIQLAMAbackend

ÜST-dən COVID-19-un yeni ştammları barədə AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Böyük Britaniyada aşkar olunan koronavirusun yeni ştammının keçən həftə daha altı ölkədə müəyyən edildiyini açıqlayıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bununla da yeni ştammın qeydə alındığı ölkələrin sayı 86-ya çatıb.

Bundan əlavə, Cənubi Afrika, Braziliya və Yaponiyada müəyyən edilmiş ştammların yayılma coğrafiyasının genişləndiyi qeyd olunur.

Bildirilir ki, COVID-19-un Cənubi Afrika növü son həftədə üç, ümumilikdə 44 dövlətdə aşkarlanıb.

Virusun Yaponiya növü yeddi gün ərzində beş yeni dövlətə yayılıb və hazırda 15 ölkədə müşahidə edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*